Əfsanəvi Bugatti Veyron istehsalı dayandı » AzNews.info -Xəbər portalı

Bölmə: Avto

Əfsanəvi Bugatti Veyron istehsalı dayandı

Əfsanəvi Bugatti Veyron istehsalı dayandı


Son Veyron Yaxın Şərqdən olan müştəriyə satılıb.

Oxu.Az xarici KİV istinadən xəbər verir ki, modelin tarixində son nöqtə La Finale adı alan Grand Sport Vitesse rodsteri olub.

Bir neçə həftədən sonra bu nüsxə Cenevredə avtosalonda sərgilənəcək, onun yanında isə 2005-ci ilin il Veyronu yer alacaq.

Qeyd etmək Bugatti Veyron-un tarixi 1999-cu ildə EB 18/3 Chiron konseptinin təqdimedildiyi Tokio avtosalonunda başlayıb. Nümunə 2001-ci ildə Cenevrə avtosalonunda publikaya təqdim edilib. Yeni adını isə Veyron, 1939-cu ildə Bugatti avtomobilindı “Le-Mana 24 saat” yarışında qələbə qazanmış fransız Pyer Veyronun şərəfinə alıb.

2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib.

Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər Bugatti Veyron dünyada ən sürətli seriya avtomobili idi. Ən yüksək – 431 km/s sürətini 2010-cu ildən 2014-cü ilə qədər istehsal edilən Super Sport modifikasiyasında əldə etmək mümkün olub.

Bugatti pərəstişkarları yeni superkarını isə ən azı 2017-ci ilə qədər gözləməli olacaqlar. İndi Volkswagen Group mütəxəssisləri Veyronun varisi olacaq daha güclü avtomobilin üzərində çalışırlar: onun 2,3 saniyəyə 100 km/s sürət yığacağı, maksimal sürəti isə 460 km/s olacağı ehtimal edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *