Azərbaycan 10 ton qızıl alıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan 10 ton qızıl alıb

Azərbaycan 10 ton qızıl alıb


2014-cü ildə Azərbaycan 10 ton qızıl alıb.

Oxu.Az xəbər verir ki, bu barədə Thomson Reuters GFMS təşkilatının hesabatında deyilir.

Təşkilatın statistik məlumatlarına əsasən, 2014-cü ildə dünyanın mərkəzi bankları tərəfindən ümumilikdə 461 ton qızıl alınıb ki, bu da 2013-cü illə müqayisədə 13% çoxdur. 2014-cü ilin göstəricisi 1971-ci ildə dollarların qızıla konvertasiyasının ləğv olunduğu vaxtdan ən yüksək göstəricidir.

2014-cü ilin ilk 11 ayı ərzində Rusiyanın Mərkəzi Bankı ümumilikdə 152 ton qızıl alıb. Ötən il Rusiyanın aldığı qızılın həcmi dünyanın mərkəzi banklarının aldığı həcmin üçdə birini təşkil edir. Belə ki, keçən il Rusiyanın aldığı qızılın həcmi Sovetlər İttifaqının dağılmasından sonra ən yüksək səviyyədə olub.

Moskvanın böyük həcmdə qızıl alması dollardan asılılığa son qoymaq, həmçinin məzənnəsi aşağı düşən rublu salamaq arzusu ilə izah olunur.

GFMS-in statistik məlumatlarına əsasən, Mərkəzi Asiya ölkələri də həmçinin qızıla böyük maraq göstərir. 2014-cü ildə Qazaxıstan 46 ton, İraq 2014-cü ilin birinci yarısında 48 ton qızıl alıb.

Statistik məlumatda qeyd olunub ki, 2014-cü ildə qızılın qiyməti 7%-dən çox bahalaşıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *