“Bentley”in ilk “cipi”
Qiyməti 300 000 avrodan yuxarı olacaq
Böyük Britaniyanın “Bentley” şirkəti Cenevrə avtosalonunda yeni “Bentayga” modelini təqdim edəcək.
Bu, firmanın istehsal etdiyi ilk krossoverdir. Cəmi 2 rəsmi fotosu yayılan avtomobilin texniki göstəriciləri də Cenevrə salonunda açıqlanacaq.
Hələlik modelin qiymətinin 300 000 avrodan yuxarı olacağı deyilir.
Avtomobilin də adı maraqlıdır: “Bentayga”. “Bentayga” adı “Bentley” sözünün birinci hecası ilə “Tayqa” sözünün birləşməsindən əmələ gələn çarpaz sözdür.
Mənbə:> Marja.az