Elzanın keçmiş əri: "Xahiş edirəm bu məsələnin üstünə çox getməyək" » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Maqazin

Elzanın keçmiş əri: "Xahiş edirəm bu məsələnin üstünə çox getməyək"

Elzanın keçmiş əri: "Xahiş edirəm bu məsələnin üstünə çox getməyək"


"A-dan Z-yə" şousunun növbəti qonağı bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan oldu.

ANS PRESS-in məlumatına görə, ANS TV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanan veriliş bir çox açıqlamalarla yadda qaldı. Bu açıqlamalardan biri Elza Seyidcahanın keçmiş həyat yoldaşı Elşən barədə dedikləri oldu.

"Məni çox gənc yaşında anam ərə verdi. O vaxt sevgi nədir, onu belə bilmirdim. Həyat yoldaşıma sevgim yox, böyük hörmətim olub. O da hər zaman məni dəyərləndirib. Bir gün o məni maşına oturtdu və gətirdi anamın evinə. Mənimlə ayrılanda hönkür -hönkür ağlayırdı. Sadəcə qismət bu cür oldu ki, ayrıldıq. Uzun illər biz rəsmi boşanmadıq və nəhayyət 12 ildən sonra öz xalasıqızı ilə evləndi. İndi də Elşənlə gözəl münasibətimiz var, uşaqlarla görüşür. Bu gün də kimsə mənim xətrimə dəyərsə, bərk əsəbiləşir. Hətta oğlum Ələkbər əsgərlikdə olanda hamılıqla onun yanına getmişdik. Ələkbər məni ağlatdı, atası bunu görüb ona bir şillə də vurub dedi ki, birdə ananı ağlatma".

Bu açıqlamadan sonra Zaur Nəbioğlu heç vaxt heç bir verilişdə danışmayan Elza Seyidcahanın keçmiş həyat yoldaşını tapdıqlarını deyib onunla telefon baglantısı etdi. Öz növbəsində keçmiş xanımı barədə gözəl sözlər deyən Elşən aparıcının suallarına cavab verdi.

"Elza mənim uşaqlarımın anasıdır, münasibətimiz də çox yaxşıdır. Nə olsun ayrılmışıq, indi də övladlarımla maraqlanıram və istədiyim zaman gedib görürəm. Bizim bir birimizə hörmətimiz olub, olacaq da. Qaldı ayrılma səbəbimizə, xahiş edirəm bu məsələnin üstünə çox getməyək. Demək ki, qismətimiz belə işim. Keçmiş həyat yoldaşım olsa da, mənim o insana münasibətim çox yaxşıdır".

Qeyd edək ki, veriliş zamanı Elza Seyidcahan keçmiş həyat yoldaşı Elşənə mahnı da həsr edib və onun üçün ifa edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *