"Nadirin sənətdə olmağının səbəbkarlarından biri mənəm" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Köşə

"Nadirin sənətdə olmağının səbəbkarlarından biri mənəm"

"Nadirin sənətdə olmağının səbəbkarlarından biri mənəm"


"A-dan Z-yə" şousunun növbəti qonağı bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan oldu.

ANS TV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanan verilişdə bir müddət əvvəl elə sözügedən verilişdə Nadir Qafarzadənin Elza Seyidcahanın yazdığı şerler barədə dediyi fikirlərə cavab gəlib. Elza Seyidcahan özünə şair yox cızmaqaraçı adını verib və bu adı özünə bəzi şeri yaza bilməyənləri utandırmaq üçün verdiyini bildirib.

"Nadir heç vaxt məni məsxərəyə qoymaz və əminəm ki, kimsə də mənim yazdığım şeirlərə lağ etsə Nadir onların cavabını verər. Çünki o keçmişi unudan insan deyil. Özü də etiraf edib ki, onun bu sənətdə olmağına səbəbkar olanlardan biri mənəm. Demirəm Nadirin müəllimiyəm, amma onun üstündə zəhmətim var. Nadir mənim güvəndiyim insanlardan biridir və onun dediyi sözləri bəzən səhv başa düşürlər. Amma o kimə də lağ etsə, heç vaxt Elzaya qarşı bunu etməz".

Xatırladaq ki, A-dan Z-yə verilişində qonağ olan Nadir Qafarzadə kinayə ilə bildirmişdi ki, ancaq Elza Seyidcahanın şeirlərini oxuyur. Bu açıqlamasının ardınca isə Elzanı bəzi ölməz şair və yazıçılarla müqayisə etmişdi. Digər qonaq meyxanaçı Namiq Qaraçuxurlu isə Elzanın şerilərinin mənalı olduğunu bildirib. "Sadəcə olaraq onun yazdığı şeirləri şoulaşdırırlar. Amma diqqətlə oxusanız şeirlərdə çox mənalı misralar var", - deyə meyxanaçı bildirmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *