Nadir Qafarzadə anasının qarğışından danışdı – VİDEO
“Anam bizə həmişə deyirdi ki, mən sizi acılayıram, qarğış edirəm, amma siz atanızın qarğışından qorxun. Heç vaxt onu əsəbləşdirməyin”. ANS PRESS-in məlumatına görə, bunu "Günə Baxan"nın qonağı olan müğənni Nadir Qafarzadə deyib.
Onun sözlərinə görə, qarğışların düşüb-düşmədiyi sınanmış bir inancdır.
Verilişin aparıcısı Kamran Həsənli efirdə ən çox istifadə edilən qarğışları da səsləndirib. "Qarğış edənlər anlamalıdır ki, bu hərəkət acizlikdir. Hər şey insanın özündən asılıdır. Ona görə də danışın. Hər şey danışıqla həll olunur”.
Mənbə:> ANSPRESS