"Bizim sevgimiz filmlərdə gördüyünüz sevgidir" - Xoşqədəm
Teleaparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evlənməsi haqqında "Gün üzü" verilişində açıqlama verib.
AZNEWS.INFO gecce.az -a istinadla həmin müsahibəni təqdim edir:
"Bu günə qədər şəxsi həyatımla gündəmə gəlməmişəm və gəlmək belə istəmirəm.Xəbəri təsdiqləyirəm,rahat olun.Mən,Xoşqədəm Hidayətqızı olaraq heç bir maqazin proqramlarında bu günə qədər olmadım.Bunu Azərbaycan tamaşaçıları yaxşı bilir.Mən ciddi işlərlə gündəmə gəldim.Doğuş mənə evlilik təklif edəndə bilirdim yazılacaq,birmənalı qarşılanmayacaq.Amma,bu qədərini təsəvvür etmirdim.Bir həftə boyunca evlənib,rəsmi nikaga girən insan haqqında danışmaq nə dərəcədə doğrudur?Cavabı bəndə yox,Allah verir.Mən və Doğuş istəyirdik ki,bu mətbuata çıxmasın.Bəziləri bunu reklam,piar,serial,klip kimi başa düşdü.Mən bu günə qədər hansısa klipdə çəkilmişəm?Artıq öyrənmişəm,1 həftədir saytları oxuyuram.Biz qərar verib evlənmişik.Bu rəsmi nikahdır.İstəməzdik ki,özəl həyatımızla gündəmə gələk.Bizim sevgimiz filmlərdə gördüyünüz sevgidir.Doğuş çox romantikdir.Onun evlilik rəklifi romanlarda oxuduqunuz sevgi təklifi idi".
Mənbə:> gecce.az