Elza yenə şeir yazdı: Sizə qurban olaram mən, əşyalarım » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Ədəbiyyat

Elza yenə şeir yazdı: Sizə qurban olaram mən, əşyalarım

Elza yenə şeir yazdı: Sizə qurban olaram mən, əşyalarım


Əməkdar artist Elza Seyidcahan yenidən şeir yazıb.

Yeni şeirini bəstəkar-müğənni bu dəfə əşyalarına həsr edib.

AzNews.info Musavat.com-a həmin şeiri olduğu kimi təqdim edir:

“Vətənim edir
Anam edir
Doymaram mən.
Eləsi var ki,
Xidmət etmir.
Övlad var ki,
Xidmət edir
Erim mənim
Xidmət etmr
Dərdim mənim
Xidmət edir.
Hara gedirəm yanımdadır
Mənimlədir
Ruhumdadır
Sevir məni
Doymuram mən.
Mənim dərdim
Heç bilirsiz nədir?
Çarpayımda yatıram mən
Xidmət edir.
O niyə etmir?
Əşyalarım?
Sizə var bir xəbərim
Sizsiz mənim kədərim.
Ezalarım əşya oldu
İstəmərəm sizi atım
Sizi satım
Başqasında yatım
Əşyasında batım.
Mənim dərdim xidmət etmir
Görən niyə çıxıb getmir?
Hər şeyin öz fəsli var
Mənim dərdim yetişibdi.
Dərdim dərdi paraladı
Dənələri haçaladı
Əşyalarım parçaladı
Dərdim verdiyi fərman!
Sizə “qurban” olaram mən
Əşyalarım.
Əzaların
Çətinləşir işləri
Kütləşir dişləri
Dişləyə bilmirlər
Hissləri
Kasalarım doldu da,
Boşaldı da.
Əşyalara konsert verim?
Onlar bizi sevənlərdi
Əşyaları portret edin
Onlar bizi duyanlardı
Əşyaları baykot edin
Onlar bizi soyanlardı
İnsanlığın sözü qalıb
Əşyasında
Üstündə
Altında
Hər yerində izi qalıb.
Əşyalar var insan kimi
Əsirlərdən-əsirlərə
İzi qalıb.
Əşya var ki,
İnsan gedib
İnsanlıqda gözü qalıb.
İnsanların əşyalarda
Neçə ildir
Sözü qalıb.
Ruhu qalıb.
Əşyaların bağrı aşdı-daşdı
İnsanların qəlbi daşdı?
Əşyalarım?
Siz bilirsiz
Mənim üçün nəsiz?
Birdənəsiz
Heç kiminsiniz
Ancaq mənim
Mənə məxsus əşyalarım.
Etibarlı vətənpərvər
Əşyalarım.
Xəyənətkar deyilsiz siz.
Bizik sizi atıb-gedir
Satıb gedir
Ölüb gedir
Yatıb gedir
Üstünüzü örtüb gedir.
Xəyanətkar bizik, biz.
Kədərimiz sevincimiz
Gəmimizlə bərabəriz
Sənətimlə həmfikirsiz.
Məni duyursuz
Bizi sevirsiz
Göruyorsuz.
Yoran sizi bilin, bizik.
Əşyalarım?
Mən nə edim?
Sizi satım?
Kimə verim?
Bəs getməyim?
Qoymayın siz mən ölüm.
Kimə deyim?
Sizi atmaq olmur
Sizi satmaq olmur.
Heç biriniz əşyanızı
İtirməyin.
Onlar sizi sayanlardı.
İnsan var ki,
İtib gedib
Əşyasında gözü qalıb
İzi qalıb
Hissi qalıb
Sözü qalıb
Səsi qalıb
Naləsi qalıb
Ahı qalıb
Zülmü qalıb
Havasl qalıb
Əşyası qalıb
Əşyası qalıb...

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *