Əməkdar artist: "Səhnəyə lüt çıxacam" » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Əməkdar artist: "Səhnəyə lüt çıxacam"

Əməkdar artist: "Səhnəyə lüt çıxacam"


Son günlər yazdığı şerləri ilə səs-küy yaradan bəstəkar-müğənni Elza Seyidcahan səhnəyə lüt çıxa biləcəyini elan edib.

ANS PRESS-in məlumatına görə, əməkdar artist lent.az-a müsahibəsində maraqlı açıqlamalar verib. Elza xanım serləriniz sosial şəbəkədə məsxərə mövzusu olmasını, heç kimin onu nə demək istədiyini anlamadığı ilə əsaslandırıb:

"Mənim şerimi də hər adam anlaya bilməz. Şeirlərimdə bir məna var. Amma el dilində belə bir deyim var ki, “hər kəs öz arşınına görə ölçər”. Yəni hər kəs öz başa düşdüyü kimi anlayır. Məncə bu da bir uğurdur ki, yazdığım şeirdə mən təsəvvür etdiyim anlamı yox, başqa bir mövzunu düşünürlər. Amma gün gələcək, həmin şeirlərdə mən yazdığım anlamı tapacaqlar. Bir çoxları elə bilir ki, Elza nə gəldi yazır. Amma nə gəldi yazsam, insanlar nəsə müzakirə etməzlər. Məsələn, dünya ulduzu Ledi Qaqa səhnəyə çılpaq çıxdı, arxasını da tamaşaçılar tərəfə tutdu. Daha sonra üzünü də çevirdi, ağzında da “sosqa” var idi. Sonra onu elə səhnədə də geyindirdilər. Bax, mən onun bu addımını anladım. Hər kəs bunu anlaya bilməz. Ledi Qaqa ağzında da “sosqa” lüt səhnəyə çıxmaqla demək istəyirdi ki, o, hələ uşaqdır. Onu geyindirirlər. Amma çoxları yazdı ki, o, səhnəyə lüt çıxdı. Fikirlər müxtəlifdir. Onun başı xarab deyil ki, səhnəyə lüt çıxsın?"

İfaçı jurnalistin, "Elza Seyidcahan da Ledi Qaqanın atdığı addımı atardımı? Səhnəyə lüt çıxardınızmı?" sualını müsbət cavablandırıb: "Ledi Qaqa hər zaman mənim addımlarımı təkrarlayıb. Amma rejissor mənə desə ki, səhnəyə lüt çıx, çıxaram. Niyə də yox. Amma bir şərtlə, rejissorun etdiyi o təklifin altında bir məqsəd, məna, fəlsəfi fikir olmalıdır. Əgər olsa, səhnəyə lüt çıxaram. Boş-boşuna səhnəyə lüt çıxmaram. Mən ağıllıyam. Bəzi müğənnilər kimi ağılsızcasına soyunub, səhnəyə çıxmıram. Lazım gəlsə, rejissor desə ki, bu addımın bu gün qarşılanmayacaq, amma sabah qəbul olunacaq, səhnəyə lüt çıx, düşünmədən edəcəm."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *