Ledi Qaqa Madonnaya “ilişdi” » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Ledi Qaqa Madonnaya “ilişdi”

Ledi Qaqa Madonnaya “ilişdi”


Müğənni Ledi Qaqa pop-ulduz Madonnanı gənc artistlərə qarşı laqeyd münasibət göstərməkdə ittiham edib.

ANS PRESS-in məlumatına görə, Ledi Qaqa Madonnanı yeni istedadlı gəncləri dəstəkləmədiyinə görə tənqid edib.

Ledi Qaqanın sözlərinə görə, Devid Boui, Freddi Merkuri və Maykl Cekson onun öz ifa tərzi və musiqi zövqünə birbaşa təsir edən sənətçilər olub. Əgər Madonnanın gənc artistlərə belə münasibəti olmasaydı, o, Madonnanı da həmin siyahıya salardı.

“Bəli, mən Madonnanı əlavə edərdim, amma mənə nə isə mane olur. Əgər mən şou-biznesdə onun qədər önəmli fiqur olsaydım, mən mütləq başlayan musiqiçilərə kömək edərdim”, - deyə Ledi Qaqa bildirib.

Bir neçə müddət əvvəl isə Madonnanın özü “məndən iki addım geridə” (“Two steps behind me”) mahnısı ilə Ledi Qaqanı tənqid edib. “Sən məni yamsılayırsan, bəs mənim müəlliflik hüquqlarım hardadır? Yenə də, sən nə etsən də heç vaxt ən ola bilməzsən”, - deyə Madonna bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *