Hülya Avşar: "Məni niyə aldatdın?" – FOTO
Məşhur türk aktrisası və müğənnisi Hülya Avşar keçmiş həyat yoldaşına verdiyi suallarla hamını təəccübləndirib.
ANS PRESS-in məlumatına görə, 19 dekabrda Tv8 kanalında yayımlanacaq olan yeni verlişinin ilk qonağı keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu olub.
Sənətçinin keçmiş həyat yoldaşına şəxsi həyatı ilə bağlı ünvanladığı suallar Kaya Çilingiroğlunu tərlədib.
Hülya Avşar Feraye Tanyolaçla onu aldadan həyat yoldaşı Kaya Çilingiroğluna “Kaya, məni niyə aldatdın” sualını verib. Kaya Çilingiroğlu isə bunu belə izah edib: "Kişi 3 səbəbdən aldadır. Ya genetik səbəb, ya xəstəlik, ya da kı, həyat yoldaşında tapmadığını kənarda axtarmağa başlayanda. Sən isə qızımız Zehra dünyaya gəldikdən sonra onunla məşğul olmağa başladın və mənə diqqət göstərmədim."
Kaya Çilingiroğlu isə "Daha yeni ayrılmışam" deyib.
Bu cavabın qarşılığında Hülya Avşar bildirib ki," amma sən biz ayrılmadan özünə sevgili tapmışdın".
Qeyd edək ki, bir müddət əvvəl gündüz saatlarında yayımlanan verlişinin reytinqi aşağı olduğu üçün Hülya Avşar bu dəfə gecə şou ilə geri qayıdır.
Mənbə:> ANSPRESS