Hülya Avşarı hələ belə görməmisiniz – FOTO
İdman və pəhriz sayəsində nərmə-nazik olan məşhur türk ifaçısı Hülya Avşar yeni fotoları ilə hər kəsi heyran edib.
ANS PRESS-in məlumatına görə, gün ərzində 2-3 saat idman edib və hovuzda üzdüyünü deyən sənətçi 11 kilo çəki atıb. Bədənindən razı olduğunu dilə gətirən Hülya Türkiyənin "Women's Fitness" jurnalının sentyabr buraxılışı üçün fotosessiya etdirib. Qısa şort və köynəkdə kamera qarşısına keçən Avşar cazibədar pozalar verib. Yay mövsümü başladığı ilk günlərdən etibarən istirahət edən və bədəni ilə məşğul olan ifaçının dərisinin rəngi də diqqət çəkib. Müğənni maraqla qarşılanan yeni şəkillərini sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, şəxsi İnstagram səhifəsində gün ərzində bir neçə dəfə şəkil paylaşan Hülya Avşar gün ərzində 40 dəqiqə hovuzda üzdüyünü vurğulayıb. İfaçı sentyabr ayından etibarən TV8 kanalında aparacılıq edəcəyi veriliş üçün ciddi hazırlaşdığını deyib.
Mənbə:> ANSPRESS