“Bitişik qardaşlar” Bakıda təqdimat keçirdi
Türkiyə istehsalı olan "Yapışık kardeşler" ("Bitişik qardaşlar") filminin Bakıda qala gecəsi baş tutub.
ANS PRESS-in məlumatına görə, yaradıcı heyətlə paytaxtımıza qonaq gələn aktyorlar azərbaycanlı tamaşaçılarla görüşmək fürsəti qazanıblar.
“Yapışık kardeşler” filminin rejissorluğunu Türkiyənin populyar aktyoru və aparıcısı İlker Ayrık edib.
Halim və Səlim iki şən və baməzə olan qardaşdılar. Onları başqalarından fərqli edən səbəb birbirinə yapışıq doğulmaları və istər istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xöşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda, özlərinə uyğun “xeyirli” qismət tapmaq üçün İstanbula üz tuturlar.
Filmdə baş rolları İlker Ayrık ilə yanaşı, Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak oynayıblar.
Qonaqlar Bakıda olmaqdan şərəf duyduqlarını. Buranı çox sevdiklərini bildiriblər.
Mənbə:> ANSPRESS