Daha bir türk filminin qala gecəsi olacaq
AzNews.info xəbər verir ki, Nizami Kino Mərkəzi “Unutursam Fısılda” filminin keçiriləcək qala gecəsinə hazırdır.
Xəbər verdiyimiz kimi, noyabrın 17-də Nizami Kino Mərkəzində “Unutursam Fısılda” filminin qala – gecəsi keçiriləcək.
Tədbirlə bağlı bütün təşkilatı işlər və hazırlıqlar bitib.
Türkiyənin məhşur Taff Pictures studiyasında, dram janrında özəl imzası olan mahir rejissor Çağan Irmakın lentə aldığı bu film, qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.
Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, Tarıkı- aktyor Mehmet Günsür, Erhanı isə Kerem Bursin oynayıb.
Qala –gecəsində rejissor Çağan Irmak, baş qəhrəmanları canlandıran aktyorlar və digər sənətçilər iştirak edəcəklər.
Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Qala –gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz.
Mənbə:> AzNews.info