Meksikada marixuana leqallaşdırıldı
Meksika parlamentinin deputatlar palatası tibbi məqsədlər üçün narkotik vasitə olan marixuananın istifadəsini leqallaşdıran qərarı səs çoxluğu ilə qəbul edib.
AzNews.info xəbər verir ki, bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Səsvermə zamanı marixuananın tibbi məqsədlər üçün leqallaşdırılmasına 301 deputat “hə”, 88-si isə “yox” deyib.
Qeyd edək ki, bundan əvvəl Meksika Senatı marixuananın istifadəsini leqallaşdıran qərarı qəbul edib.
Mənbə:> Trend