ABŞ-da marixuana istehsalı sayəsində 18 min yeni iş yeri açılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

ABŞ-da marixuana istehsalı sayəsində 18 min yeni iş yeri açılıb

ABŞ-da marixuana istehsalı sayəsində 18 min yeni iş yeri açılıb


Müalicəvi marixuananın istehsalı sənayesi ABŞ-ın Kolorado ştatında 18 min nəfəri yeni iş yeri ilə təmin edib.

Aznews.info-un Report-a istinadən verdiyi xəbərə görə, bu barədə “The Wasington Post” qəzeti məlumat yayıb.

“Marijuana Policy Group” iqtisadi konsaltinq şirkətinin araşdırmalarına görə, marixuananın leqallaşdırılması Kolorado ştatının iqtisadiyyatına müsbət təsir göstərib. Şirkətin analitiklərinin fikrincə, əgər bu sənaye istiqaməti düzgün təşkil olunarsa, bu, hər bir ştata iqtisadi mənfəət gətirə bilər.

Qeyd edək ki, 1 mlrd. ABŞ dolları həcmində illik dövriyyəsi ilə yanaşı, marixuana sənayesi digər yerli mal və xidmətlərə tələbi artırıb. Bunların arasında anbarların icarəyə götürülməsi, əkinçilik avadanlığı, xüsusi lampalar və s. məhsullar yer alıb. Yeni sənaye istiqamətinin inkişafı hüquqşünaslar, mühasibliər, logistika və botanika sahəsinin mütəxəssislərinə də tələbatı artırıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *