“Kolorado atıcısı” ömürlük həbs cəzası aldı
2012-c ildə Kolorado ştatının Avrora şəhərində kinoteatrların birində atəş açan Ceyms Holms ömürlük həbs cəzasına məhkum edilib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, doqquz qadın və üç kişidən ibarət olan andlılar cümə günü qərar açıqlayıblar.
Bu qərara müvafiq olaraq Holms öz cəzasını, vaxtından əvvəl şərti azad edilmə hüququ olmadan, həbsxanada çəkəcək.
2012-ci ildə Holms Kolorado ştatının Avrora şəhərinin kinoteartlarının birində “Zülmət cəngavəri: Əfsanənin qayıdışı” filminin baxışı zamanı atəş açaraq 12 nəfəri öldürüb, 70 nəfər insanı isə yaralayıb.
Mənbə:> Oxu.Az