“Kolorado atıcısı”na ölüm hökmü oxuna bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

“Kolorado atıcısı”na ölüm hökmü oxuna bilər

“Kolorado atıcısı”na ölüm hökmü oxuna bilər


Andlılar məhkəməsi 2012-ci ildə kinoteatrda kütləvi güllələmədə təqsirli bilinən Ceyms Holmsın işinə dair yumşaldıcı dəlilləri edam hökmünün istisna edilməsi üçün yekdilliklə yetərsiz hesab edib.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, münsiflərin iclasında andlılar hakimə müdafiə və ittiham tərəfinin arqumentlərinə nəzərən Holmsun təqsirinin ağırlığına dair öz çıxarışlarını təqdim ediblər.

Onlar yumşaldıcı dəlillərin günahın ağırlığından üstün olmadığını etiraf ediblər.

Bu qərardan sonra məhkəmə iclası son mərhələyə keçid alır. Burada tərəflərin verdikləri son ifadələr dinlənilir və qərar qəbul edilir.

Daha öncə məhkəmə Holmsu ittihamın 165 maddəsi üzrə təqsirli bilib.

2012-ci ildə Holms Kolorado ştatının Avrora şəhərində kinoteatrda “Zülmət cəngavəri: Əfsanənin dönüşü” filminin nümayişi zamanı atəş açaraq 12 nəfəri öldürüb və 70 nəfər isə yaralanıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *