Narkotik biznesi ilə məşğul olanlar edam ediləcək
İndoneziya məhkəməsi narkotik qaçaqmalçılığında ittiham olunan 7 nəfəri edam etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, onlardan 6-sı xarici ölkə vətəndaşlarıdır. Məhkumların ittiham olunmasında 50 saatdan qısa bir müddət qalıb.
Məlumata görə, məhkəmə, əslində, məhkumların təqsirlərini tam sübuta yetirə bilməyib. Belə olan halda, onların öldürülməsi üçün qısa vaxt müddəti müəyyənləşdirilməsi etirazlara səbəb olub.
Vəkil Edre Olia edam hökmü çıxarılandan sonra bir müddət gözlənilməsini lazım bilir: “İnsanların təqsirlərindən əmin olmadığın halda, onların həyatını əlindən almaq axı necə mümkün ola bilər. Bu, heç bir vicdana sığmır. Onlar niyə tələsirlər? Niyə bir müddət gözləmirlər?”
Edam hökmünə məruz qalanlar arasında Fransa vətəndaşı da var. Fransa rəhbərliyi edam hökmü icra olunacağı təqdirdə bunun iki ölkə münasibətlərində böhrana səbəb ola biləcəyinə dair xəbərdarlıq edib.
Mənbə:> ANSPRESS