Sumqayıtda 5000-dən yuxarı yeni iş yeri açılıb
Sumqayıtda neft-kimya və metallurgiya sənayesinin yeni müasir texnologiya əsasında inkişafı, toxuculuq sənayesinin bərpası, istilik-elektrik stansiyasının inşası, yeni sənaye şəhərciyinin salınması su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, eləcədə sosial məsələlərin həlli istiqamətində ciddi addımlar atılıb.
Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən Xeberle.com-a verilən məlumata görə 2016-cı ilin yanvar-iyun ayları ərzində 5132 yeni iş yeri açılıb. Yeni iş yerlərindən yeni işə salınan müəssisə və təşkilatlarda 507 nəfərlik, mövcud müəssisələrdə 2757 nəfərlik, fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda 7 nəfərlik, fiziki şəxslərdə 1861 nəfərlik iş yerİ qeydə alınıb.
Mənbə:> Xeberle.com