Bu il bağlanan müəssisələrin sayı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bu il bağlanan müəssisələrin sayı açıqlandı – CƏDVƏL

Bu il bağlanan müəssisələrin sayı açıqlandı


AzNews.info-nun məlumatına görə, bu barədə Fins.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Müəssisələrin ən çox bağlanması mart ayına düşüb – həmin ay 105 müəssisə fəaliyyətini dayandırıb. Yanvar ayında 59, fevralda 80, martda 105, apreldə 101, mayda 85, iyunda 64 müəssisə bağlanıb.

2016-cı ilin yanvar-iyun aylarında ölkədə 4 min 362 müəssisə və təşkilat yaradılıb. Onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7% artıqdır.

İlin ilk yarısında bağlanan iş yerlərinin də sayı məlum olub. Belə ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin ilk 6 ayının nəticələrinə həsr olunan müşavirədə bildirilib ki, bu ilin ilk 6 ayında ölkədə 26 min iş yeri bağlanıb.

Eyni zamanda dövlət başçısının sözlərinə görə, bu müddətdə 78 min daimi iş yeri açılıb:

“Ümumiyyətlə, 90 minə yaxın iş yeri açılıb. Amma onlardan 78 mini daimi iş yeridir”.

Dövlət başçısı bildirib ki, yeni açılan iş yerlərinin böyük hissəsi dövlət təşkilatlarında yaradılıb:

“Biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük”.

Qeyd edək ki, əslində bağlanan iş yerlərinin sayı daha artıq ola bilərdi, amma bununla bağlı hökumətin xəbərdarlığından sonra özəl təşkilatlar böyük ixtisara getməyiblər:

“Özəl sektorda dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilmişdir ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Ona görə qeyd etməliyəm ki, özəl sektor da özünü çox məsuliyyətli aparıb”, - deyə prezident İlham Əliyev qeyd edib.

Bu il bağlanan müəssisələrin sayı açıqlandı

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *