Metro istifadəçilərinin sayı azalıb
Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 2016-cı ilin yanvar ayında 9,3 mln. ton yük, 120,6 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Report-a verilən məlumata görə, sərnişinlərin 96,5%-i avtobus, 3,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,2% azalaraq 16,8 mln. nəfərə çatıb.
Hava nəqliyyatı ilə 114,6 min və ya 11,0% az sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələrilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 44,9% artaraq 11,3 min tona çatıb.
Mənbə:> Oxu.Az