“İpək yolu” nəqliyyat dəhlizindən əldə olunan gəlir açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Avto

“İpək yolu” nəqliyyat dəhlizindən əldə olunan gəlir açıqlandı

“İpək yolu” nəqliyyat dəhlizindən əldə olunan gəlir açıqlandı


2015-ci ilin I rübündə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 13,5 milyon ton yük, 80,9 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 % çox sərnişin daşınıb.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitə bildirir ki, dəhlizdə daşınmış yüklərin 54,7 %-i avtomobil, 31,4 %-i dəmir yolu, 13,9 %-i dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 5,8 % artım qeydə alınıb. Daşınmış yüklərin 19,9 %-ni və ya 2,7 milyon tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 130,7 milyon manat, sərnişin daşınmasından isə 30 milyon manat gəlir əldə olunub və müvafiq olaraq 9,1 % və 14,6 % artıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *