Hava nəqliyyatı ilə sərnişin daşınması artıb
2015-ci ilin yanvar-mart ayları ərzində nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 50,4 milyon ton yük və 429,8 milyon nəfər sərnişin daşınıb, 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 2,6%, sərnişin daşınması 3,8% artıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən( DSK) məlumat verilib.
“Yük daşınması avtomobil nəqliyyatı ilə 2,9%, dəmir yolu ilə 7,5%, hava nəqliyyatı ilə 65,8%, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,7%, metro ilə 3,9%, hava nəqliyyatı ilə 4,1% artıb” - deyə, komitənin məlumatında deyilir.
Mənbə:> Oxu.Az