Azərbaycan əhalisinin sayı artdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Azərbaycan əhalisinin sayı artdı

Azərbaycan əhalisinin sayı artdı


2015-ci il aprel ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9618,2 min nəfərə çataraq ilin əvvəlindən 25,2 min nəfər və ya 0,3 % artıb.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

Bundan başqa, ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1%, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 % təşkil edir.

Komitə bildirir ki, ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir. Belə ki, cari ilin yanvar-mart ayları ərzində doğulanların sayı ölənlərin sayından 24,8 min nəfər çox olub.

2015-ci ilin 3 ayı ərzində ölkədə 13,6 min ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,4-dən 5,8-ə qədər azal;b.

“Rüb ərzində rəsmi orqanlar tərəfindən 17 min nikah və 3 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,3, boşanmaların sayı isə 1,3 olub.

Cari ilin yanvar-mart ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 545 nəfər gələn və 181 nəfər ölkədən gedən qeydə alınıb”-deyə, komitədən bildirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *