Azərbaycanın əhalisi artıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanın əhalisi artıb

Azərbaycanın əhalisi artıb


2015-ci il mart ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9611,7 min nəfərə çataraq ilin əvvəlindən 18,7 min nəfər və ya 0,2 faiz artıb.

Oxu.Az Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir.

Əhalinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

2015-ci ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub.

Belə ki, cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib.

Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulub.

Cari ilin iki ayı ərzində rəsmi orqanlar tərəfindən ölkədə 11,1 min nikah və 2,1 min boşanma halları qeydə alınıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *