Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-a 15 milyard dollara başa gələ bilər
Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-a 12-15 mlrd. dollara başa gələ bilər.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Filadelfiya şəhərində keçirilən mətbuat konfransında ABŞ Konqresindəki respublikaçı senatorların lideri Mitç Makonnel bildirib.
Mətbuat konfransında iştirak edən Nümayəndələr Palatasını spikeri Pol Rayan, öz növbəsində, divarın tikintisi ilə bağlı rəqəm açıqlamasa da, prezident Donald Trampın bu layihənin reallaşdırılması üçün tələb olunan vəsaitlərin “artıqlaması” ilə ayrılacağını vəd etdiyini bildirib.
“Biz qarşımıza ambisiyalı məqsədlər, onların reallaşdırılması üçün isə konkret vaxt cədvəli qoymuşuq”, - deyə Pol Rayan qeyd edib.
Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.
Mənbə:> APA