Bakıda 13 milyon manatlıq narkotik məhv edilib
Bu gün Bakıda 213 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş 400 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə məhv edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 250 kq 885 qram marixuana, 78 kq 886 qram tiryək, 89 kq 211 qram heroin və s. narkotik və psixotrop maddə yandırılıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik və psixortrop maddənin “qara bazar”da ümumi dəyəri 13 milyon manat təşkil edir.
Mənbə:> Oxu.Az