Fransa Senatı Rusiya əleyhinə sanksiyaların ləğv edilməsinin tərəfdarıdır
İyunun 8-də Fransanın Senatı (parlamentin yuxarı palatası) hökumətin Rusiyaya qarşı sanksiyaların tədricən yumşaldılmasına dair qətnamə qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Senatının saytında məlumat yayılıb.
Fransalı parlamentarilər bəyan ediblər ki, “əmin və möhkəm əlaqələrin bərpası ümumi məsələlərin həlli və Rusiya ilə strateji tərəfdaşlığın əldə edilməsi üçün mühüm məna kəsb edir”.
“Qeyd edirik ki, Aİ-nın Rusiyaya qarşı sanksiyaları bütün tərəflər üçün həm iqtisadi, həm də siyasi planda, eləcə də Aİ və Rusiya arasındakı münasibətlərdə mənfi nəticələrə gətirib çıxarır”, - qətnamənin mətnində deyilir.
Qeyd etmək lazımdır ki, sənəd tövsiyə xarakterlidir və heç bir icbari qüvvəyə malik deyil.
Xatırladaq ki, daha öncə Rusiyaya qarşı sanksiyaların tədricən ləğv edilməsinin lehinə Fransa parlamentinin aşağı palatası fikir bildirmişdi.
Mənbə:> Oxu.Az