Ukrayna Avropa dövlətlərini Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb » AzNews.info -Xəbər portalı

Ukrayna Avropa dövlətlərini Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Ukrayna Avropa dövlətlərini Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Prezident Petro Poroşenko Rusiyaya qarşı sanksiya irəli sürmüş ölkələrə səslənib. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dövlət başçısı sanksiyaların təsirinə şübhəli yanaşan ölkələri Rusiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb.

"Sanksiyaları ləğv etmək yox, əksinə, daha da sərtləşdirmək lazımdır”!
Bir müddət əvvəl Avropa Birliyinin iyun sammitində Rusiya əleyhinə tətbiq edilmiş sanksiyaların qüvvədən qaldırılacağı bildirilib.

Ukrayna prezidenti buna belə reaksiya verib: “Tez-tez bəzi Avropa dövlətlərində sanksiyaların təsirsiz olduğu haqqında sözlər deyilir. Nə edək, əgər belə düşünürlərsə, sanksiyaları ləğv etmək lazım deyil. Əksinə, daha da sərtləşdirmək gərəkdir”.

Poroşenko bazar günü faşizm üzərində qələbəyə həsr edilən “Sülhün ilk dəqiqəsi” tədbirində çıxış edib. Prezident bildirib ki, ukraynalı diplomatlar Rusiya əleyhinə verilmiş sanksiyaların davam etməsi üçün çalışır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *