Rusiyaya qarşı sanksiyalar uzadılır – FOTO
Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi ilə razılaşıb.
ANS PRESS-in məlumatına görə, qərar sentyabrın 2-də Avropa Birliyi ölkələri səfirlərinin iclasında qəbul edilib.
Bunu sentyabrın ortalarında nazirlər də təsdiqləməlidir. Rusiyaya qarşı bu sanksiyaların müddəti sentyabrın 15-də bitir. Söhbət məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasından gedir. Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 150 nəfərə şamil edilir.
Avropa Birliyi
ABŞ və digər ölkələr də Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişi gözləməyə məcbur etməkdir. Bunu öz Twitter səhifəsində Aİ sözçüsü Maja Kosijancic qeyd edib. Aİ və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.
Maja Kosijancic
Mənbə:> ANSPRESS