Podyum əvəzinə divara çıxan modellər » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Dəb, Video

Podyum əvəzinə divara çıxan modellər – VİDEO

Podyum əvəzinə divara çıxan modellər


Türkiyənin Antalya şəhərində yerli ticarət mərkəzlərindən birində keçirilən moda nümayişi marağa səbəb olub.

Adətən moda sərgisi dedikdə bir birindən zərif modellərin podyumda yeriməsi nəzərdə tutulsa da, bu dəfə modellər podyumda yox, divarda yeriyib.

20 metr eni, 15 metr hündürlüyü olan divarı moda podyumuna çevirən təşkilatçılar qeyri-adi nümayişə avropadan bir neçə modeli də dəvət edib. Təhlükəsizlik kəməri ilə divar üzərində yeriyən modellərlə yanaşı, Almaniyanın Şouboks qrupunun akrobatik rəqsləri də moda nümayişinə rəng qatıb.

Şaquli moda nümayişində türkiyəli məşhur müğənni Ayşə Hatun Önalın da iştirakı diqqət çəkib. Səhnəyə divar üzərində yeriyərək enən Önal qısa konsertdən sonra verdiyi açıqlamada çox qorxduğunu gizlətməyib.

Moda nümayişlərində müxtəlif geyim markalarının məhsulları reklam olunsa da, türklərin məqsədi dəfilənin təşkil olunduğu ticarət mərkəzinə diqqət çəkmək olub.


Mənbə: ATV.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *