Sterliqovun arvadı Qarabağda moda nümayişi keçirəcək
Modellərin ayaqları altına “erməni xalçaları” səriləcək.
Rusiyalı milyarder Qerman Sterliqovun arvadı ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağda moda nümayişi keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Sterliqov özü deyib.
“Həyat yoldaşım burada moda evi açır. Nümayiş avqustun sonunda keçiriləcək” - rusiyalı milyarder bəyan edib.
Biznesmenin sözünə görə, dağlarda keçiriləcək moda dəfiləsində modellərin ayaqları altına “erməni xalçaları” səriləcək.
Sterliqov gələcək geyim kolleksiyasının konsepsiyası barədə heç bir söz deməyib.
Mənbə:> Oxu.Az