Əsl erməni xisləti: Kim Kardaşyan Beyonsu "kopyaladı"
Bu günlərdə Nyu Yorkda keçirilən məşhur “Met Gala-2015” moda nümayişi zamanı maraqlı hadisə yaşanıb. Trend xarici mətbuata istinadən xəbər verir ki, həmin moda nümayişində iştirak edən erməni əsilli model Kim Kardaşyan əsl ermən xisləti nümayiş etdirərək məşhur müğənni Beyonsun libasını “kopiyalayıb”. Belə ki, K.Kardaşyan Beyonsun bundan əvvəl geyindiyi libasın ağ rəngdə bənzərini geyinərək tədbirə qatılıb. Bu isə tədbir iştirakçılarının, digər modellərin və media nümayəndələrinin diqqətindən yayınmayıb və onlar buna görə K.Kardaşyanı qınayıblar. Bunu qınayanlar “Kim Kardaşyan unudur ki, biz hamımız Beyonsu bu libasda görmüşük”, “Kim, moda heç vaxt və heç nəyi unutmur”, “Bu qadının hər şeyi saxtadır” kimi fikirlər səsləndiriblər.
Mənbə:> AzNews.info