Kardaşyan cəzalandırıldı
Bu günlərdə Nyu Yorkda keçirilən məşhur “Met Gala-2015” moda nümayişinin xüsusi jurnalı buraxılıb.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, jurnalda moda nümayişində iştirak edən məşhurların tədbirdəki libasda fotoları da əksini tapıb. Xüsusən də jurnalın üz qabığına bir sıra ulduzların adları qeyd olunub. Lakin erməni əsilli Kim Kardaşyan bu siyahıya daxil edilməyib.
Məlumatı yayan mənbə qeyd edib ki, buna səbəb K.Kardaşyanın tədbirin daxili qaydalarını pozması olub. Belə ki, təşkilatçılar iştirakçılara tədbirdə çəkdirdikləri şəkillərini sosial şəbəkələrdə yaymağı qadağan edib. Lakin K.Kardaşyan bu qaydanı pozub və tədbirdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə yayıb. Buna cəza olaraq isə K.Kardaşyanın adı jurnalın üz qabığında adları qeyd olunan məşhurların siyahısına salınmayıb.
Mənbə:> Qafqazinfo.az