Bakıda Puşkinin doğum günü qeyd olundu » AzNews.info -Xəbər portalı

Bakıda Puşkinin doğum günü qeyd olundu

Bakıda Puşkinin doğum günü qeyd olundu


Bu gün Bakıda dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 216-cı ildönümü qeyd edilib.

Səbail rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata əsasən, şairini abidəsi önündə keçiriləm tədbir Rusiya Federasiyasının Azərbaycandaki səfirliyi və «Sodrujestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan «Sodrujestvo» cəmiyyətinin sədri Tatyana Kərimova bildirib ki, belə bir tədbirin keçirilməsin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rol oynayır.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev, Yazıçılar Birliynin sədri, xalq yazıçısı Anar, yazıçı Alina Talıbova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdilər.

Tədbirdə orta məktəblərin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şerləri Azərbaycan, rus, ingilis və ispan dillərində səslənib, müxtəlif ədəbi müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.

Bakıda Puşkinin doğum günü qeyd olundu
Bakıda Puşkinin doğum günü qeyd olundu
Bakıda Puşkinin doğum günü qeyd olundu
Bakıda Puşkinin doğum günü qeyd olundu
Bakıda Puşkinin doğum günü qeyd olundu
Bakıda Puşkinin doğum günü qeyd olundu
Bakıda Puşkinin doğum günü qeyd olundu
Bakıda Puşkinin doğum günü qeyd olundu
Bakıda Puşkinin doğum günü qeyd olundu
Bakıda Puşkinin doğum günü qeyd olundu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *