Almaniyada işləmək istəyənlərin nəzərinə
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) bu yadan etibarən “Voyage with us” adlı silsilə kampaniyaya start verib.
ANS PRESS-in məlumatına görə, “Voyage With Us!” kampaniyasının ilk tədbiri Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan AGAT-ın sədr müavini Nərgiz Xələf bu tədbirin sosial-mədəni aspektindən danışdı. Daha sonra Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin ictimai-siyasi məsələlər üzrə 1-ci müşaviri Fredirix Hanke kampaniya ilə bağlı Azərbaycancan dilində qonaqlara məlumat verib.
Məlum olub ki, kompaniya çərçivəsində alman dilini, tarixini, mədəniyyətini biəən hər bir kəs bu ölkədə işlə təmin oluna bilər. Hətta Almaniyanın Ali qanunverici orqanı sayılan bundestaqda belə bu cür insanlar üçün vakansiyalar mövcuddur.
Eyni zamanda Voyage with Us! kampaniyası ölkəmizdə ilk Avropa Oyunlarına dəstək və təşviq etmək məqsədilə həyata keçirilir.
Bulvar ərazisində keçirilən tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissədə Vüqar Muradov, Lamiya Yaşar, Latifə Soyuöz, repçi Fərhad, “Xilə” rəqs qrupu çıxış etdiler. Tədbir zamanı Almaniyanın mədəniyyətinə, tarixinə qısa ekskursiya təşkil edildi.
Sonda tədbirdə iştirak edən qonaqlara AGAT və Almaniya səfirliyi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Qeyd edək ki, “Voyage With Us!” kampaniyası silsilə şəklində hər dəfə müxtəlif ölkələrin iştirakı ilə keçiriləcək.
Mənbə:> ANSPRESS