Azərbaycanda multikulturalizm » AzNews.info -Xəbər portalı

Azərbaycanda multikulturalizm

Azərbaycanda multikulturalizm


İtaliyanın Sapienza Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzində (AATM) Avropa tarixi kursunun doktorantları üçün “Qafqazda multikulturalizm və dövlət quruculuğu: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunmuş Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində keçirilən növbəti seminarda çıxış edən Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti, professor Daniel Pommier AATM-ın yaranma tarixindən, fəaliyyətindən və mərkəzdə Azərbaycan ilə bağlı müxtəlif aktual mövzulara həsr olunmuş silsilə tədbirlərin təşkilindən bəhs edib. Seminarın əhəmiyyətini vurğulayan D.Pommier qeyd edib ki, bu cür tədbirlər vasitəsilə Azərbaycandakı tolerant mühit, multikulturalizm ənənələri ilə yaxından tanış olmaq mümkündür.

Sapienza Universitetinin professoru Cüzeppe Motta çıxış edərək bu yaxınlarda Azərbaycana səfəri çərçivəsində institusional dairələrin nümayəndələri ilə görüşlər keçirdiyini xatırladıb. Bildirib ki, Azərbaycanın bir sıra təhsil ocaqlarında təşkil olunmuş tədbirlərdə universitetlərimiz arasındakı əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb. O vurğulayıb ki, seminarın mövzusu gənc tədqiqatçılar üçün olduqca aktualdır.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev ölkəmizdəki multikultural mühit haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər bir vətəndaşın bərabər hüquqlara malik olması Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilir. Son illər bir sıra ölkələrdə dini və ya etnik zəmində toqquşmaların baş verməsinə baxmayaraq, ölkəmizdə heç vaxt belə hallar qeydə alınmayıb.

Sonra Sapienza Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edən Bakı Slavyan Universitetinin dosenti İrina Kuninanın müvafiq mövzuda mühazirəsi dinlənilib.

Sonda ölkəmizdəki multikulturizm mühiti ilə maraqlanan tədbir iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *