Respublika Günü Vatikanda da qeyd edilib – FOTO
Müqəddəs Taxt-Tacda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Tədbirdə Vatikanın rəsmiləri, o cümlədən Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi, Vatikanda akkreditə olunmuş diplomatik korpusun, mətbuat orqanlarının və təhsil ocaqlarının nümayəndələri, İtaliyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ölkəmizin keçdiyi inkişaf yolundan danışan Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri Elçin Əmirbəyov ölkəmiz ilə Vatikan arasında əlaqələrin inkişafı, son illərdə uğurla həyata keçirilən birgə tədbirlər, xüsusilə də Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi və mədəni irsin qorunmasına yönəlmiş layihələr barədə ətraflı məlumat verib.
Tədbirdə səsləndirilən Azərbaycan musiqisi qonaqlarda böyük təəssürat yaradıb.
Mənbə:> ANSPRESS