İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib
“Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Bizimyol.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev keçirilən rəsmi qəbulda çıxış edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər. Azərbaycanın dövlət himni səslənib. Daha sonra isə prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib. Azərbaycan xalqını bayram münasibətilə təbrik edən prezident, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışıb.
Mənbə:> Bizimyol.info