İlham Əliyev İsrail prezidentini təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev İsrail Dövlətinin prezidenti Reuven Rivlini Müstəqillik günü münasibətilə təbrik edib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, təbrik məktubunda İlham Əliyev İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə prezidentə və bütün İsrail xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirib.
“İnanıram ki, Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm”, - məktubda deyilir.
Mənbə:> Oxu.Az