Respublika günü ABŞ-da » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Sosial, Video

Respublika günü ABŞ-da – VİDEO

Respublika günü ABŞ-da


28 May Respublika Günü, eləcə də qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqtonda ziyafət təşkil edib. Səfir Elin Süleymanov 97 il əvvəl müsəlman şərqində ilk demokratik parlament respublikasının yaranması barədə məlumat verib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, Ceyms Uorlik son 20 ildə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və regiona vurduğu zərərin şahidi olduğunu və münaqişə nəticəsində yüz minlərlə dinc əhalinin məcburi köçkünə çevrildiyini deyib.

Ziyafət iştirakçılarına Azərbaycan mətbəxinin təamları təqdim edilib və Vaşinqtonda fəaliyyət göstərən “İpək Yolu” rəqs qrupu milli rəqslərimizi ifa edib.

Tədbirdə ABŞ Administrasiyasının rəsmiləri, hərbi qüvvələrinin yüksək rütbəli zabitləri, müxtəlif dövlət və ictimai qurumların, diplomatik korpusun nümayəndələri, eləcə də ABŞ-da yaşayan azərbaycanlılar da daxil olmaqla min nəfərə yaxın qonaq iştirak edib.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *