Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Foto

Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub – FOTO

Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub


Belqradda 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Əvvəlcə Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirilib.

Çıxış edən ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov 97 il bundan əvvəl, 1918-ci il mayın 28-də tarixi “İstiqlal Bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun tarixindən bəhs edib. Səfir tədbir iştirakçılarına Azərbaycan xalqının uzun illər boyu apardığı milli azadlıq mübarizəsindən, 1991-ci ildə müstəqilliyimizin bərpasından danışıb. 28 mayın dövlətçilik tariximizdə ən parlaq və unudulmaz günlərdən biri olduğunu bildirən E.Həsənov müstəqil Azərbaycanın 1918-1920-ci illərdə müsəlman Şərqində ilk dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu vurğulayıb.

E.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən əzəli və əbədi Azərbaycan torpağı olan ərazilərimizin – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuzun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verib. Bildirib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması haqqında qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilməyib. Ermənistan tərəfi, eyni zamanda, ATƏT, Avropa Şurasının və digər nüfuzlu təşkilatların da münaqişə ilə bağlı qəbul etdikləri qətnamə və sənədlərə məhəl qoymayır. Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında – ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinə inanır, Serbiyanın ATƏT-in fəaliyyətdə olan sədri qismində səylərini artıracağına ümid bəsləyir.

Azərbaycan-Serbiya əməkdaşlığının sürətli inkişafından danışan səfir münasibətlərimizin yüksək səviyyədə olduğunu, son bir neçə ayda həyata keçirilmiş rəsmi səfərlərin bu əlaqələrə töhfə verdiyini diqqətə çatdırıb.

E.Həsənov “Bakı-2015” ilk Avropa Oyunları barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, 20 idman növü üzrə keçiriləcək bu yarışlarda 6 mindən çox, o cümlədən Serbiyadan 130-dan artıq idmançının mübarizə aparacaq.

Səfir, eyni zamanda, Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi və dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı tolerant ölkə olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər bir sahədə sürətli inkişafın müşahidə edildiyini, demokratik islahatlar, eləcə də irimiqyaslı enerji və nəqliyyat dəhlizi layihələrinin həyata keçirildiyini, Azərbaycanın müstəqil siyasət yürüdərək, iqtisadi sahədə dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirib.

Azərbaycan xalqını 28 May – Respublika Günü münasibəti ilə təbrik edən Serbiyanın Baş nazirinin müavini Rasim Lyayiç ölkəsinin Azərbaycan ilə münasibətlərə müstəsna önəm verdiyini, dövlət başçılarımızın qarşılıqlı səfərlərinin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaratdığını bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı istək mövcuddur. O, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, ötən ilin mayında Serbiyada sel və daşqınların törətdiyi ağır təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə Serbiya tərəfinin müraciəti əsasında Azərbaycan dərhal və təxirə salınmadan humanitar yardım göndərmiş ilk ölkələr sırasındadır. Bu səbəbdən R.Lyayiç dost Azərbaycan dövlətinə, xalqına və xüsusilə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını ifadə edib və bu nəcib hərəkətin Serbiya xalqı tərəfindən heç vaxt unudulmayacağını bildirib.

Tədbir Azərbaycanın tarixini, mədəniyyətini, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən filmin, eləcə də “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı videoçarxın və “İlk Avropa Oyunları qədim Bakı torpağında” klipinin nümayişi ilə davam etdirilib.

Sonda tədbir iştirakçılarına Azərbaycanla bağlı materiallar, o cümlədən Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş kitab və jurnallar, eləcə də səfirliyimizin serb dilinə tərcümə etdirdiyi görkəmli Azərbaycan ədiblərinin əsərləri paylanılıb.

Tədbirdə Serbiya parlamentinin sədri xanım Maya Qoykoviç, bu ölkənin Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç, energetika naziri Aleksandar Antiç, Avrointeqrasiya məsələləri üzrə nazir Yadranka Yoksimoviç, Serbiya Respublikası Prezidentinin müşaviri Oliver Antiç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, deputatlar, siyasi partiyaların rəhbərləri, Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriç, Serbiya Milli Olimpiya Komitəsinin təmsilçiləri, Belqrad şəhər meriyasının rəhbərliyi, xristian və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının, bu şəhərdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və çox sayda KİV nümayəndələri iştirak ediblər.

Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub
Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub
Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub
Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub
Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub
Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub
Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *