Əliyevdən prezidentlərə təbrik
Prezident İlham Əliyev Serbiya prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb.
ANS PRESS-in məlumatına görə, təbrikdə deyilir: "Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığı, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və tərəqqi arzulayıram".
Dövlət başçısı Litva prezidenti Dalya Qribauskayteni də təbrik edib.
Təbrik məktəbində deyilir: "Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Mən Azərbaycanın mühüm tərəfdaşlarından biri kimi Litva ilə münasibətlərə xüsusi əhəmiyyət verirəm. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm".
Mənbə:> ANSPRESS