Pakistanda daşqın nəticəsində ən azı 14 nəfər ölüb
Pakistanda baş vermiş daşqın nəticəsində ən azı 14 nəfər ölüb.
Bu barədə Oxu.Az DPA agentliyinə istinadən xəbər verir.
Daşqın Xeybər-Paxtunxva vilayətinin Çitral dairəsində qeydə alınıb.
Fövqəladə hallar üzrə Milli idarənin nümayəndəsi Əhməd Kamal ölənlərin sayının artacağını bildirib.
Onun sözlərinə görə, daşqından ən azı 200 min pakistanlı ziyan görüb. Təbi fəlakət regionda iyulun ortalarından avqustun sonunadək davam edən musson yağışları mövsümündə baş verib.
Mənbə:> Oxu.Az