Tbilisidə daşqın nəticəsində 457 nəfər zərər çəkib » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya

Tbilisidə daşqın nəticəsində 457 nəfər zərər çəkib

Tbilisidə daşqın nəticəsində 457 nəfər zərər çəkib


Tbilisidə daşqın nəticəsində 457 nəfər zərər çəkib, onların 119-u uşaqdır.

Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Dövlət təhlükəsizliyi və böhranların idarəsi Şurasının məlumatında bildirilib.

“Əhalinin təbii fəlakətdən zərər çəkməsi nəticəsində Səhiyyə Nazirliyi 106 ailəni uçota salıb, bu isə 457 nəfərdir. Onların 119-u uşaq, 56-sı ahıl, 5 nəfəri isə hamilə qadındır. Xüsusi sorğu vərəqələri ilə sorğu aparılıb və zərərçəkənlərə yardım fərdi tələbata uyğun olaraq göstəriləcək”, - məlumatda deyilir.

Xatırladaq ki, rəsmi məlumata əsasən, Gürcüstan paytaxtında iyun ayının 14-nə keçən gecə daşqın zamanı 19 nəfər həlak olub, üç nəfər isə itkin düşmüş hesab edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *