Tiflisdə ölənlərin sayı 17-yə çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya

Tiflisdə ölənlərin sayı 17-yə çatdı

Tiflisdə ölənlərin sayı 17-yə çatdı


Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 17-yə çatıb, beş nəfər isə itkin düşüb.

Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə bu gün daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

“17 nəfər ölü tapılıb, beş nəfər axtarılır”, - deyən Qomelauri qeyd edib ki, iki nəfərin cəsədi Vake rayonunda “Mziuri” parkında tapılıb.

Xatırladaq ki, Tiflisdə güclü daşqın iyunun 14-nə keçən gecə baş verib. Nəticədə zoopark, Tamaz Elizbaraşvilinin itlər üçün sığınacağı, yaşayış evləri, şəhərin mərkəzi yolları su altında qalıb, infrastruktur dağılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *