Tiflisdə qasırğa fəlakəti - ölən var
Qonşu Gürcüstanda güclü qasırğa fırtına küləyi ilə birgə daşqına səbəb olub.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri “Qruziya Onlayn” yayıb.
Yerli mətbuat bildirir ki, paytaxt Tiflisin bir çok küçə və meydanları suya qərq olub. Su axını yaşayış evlərinin zirzəmisini və birinci mərtəbələrini tutub.
Tiflis xilasetmə xidmətləri son daşqının qarşısını almaq üçün fövqəladə rejimdə işləyirlər.
Gürcüstan baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə fövqəladə qərərgah yaradılıb.
Bir neçə nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Rəsmi təsdiqlənməsə də İki nəfərin ölməsi barədə xəbərlər yayılıb.
Bundan əlavə, Tiflis sakinləri daha bir problem yaşayırlar. Şəhərdə suya qərq olmuş zooparkdan qaçan vəhşi heyvanlar gəzir. Onların arasında şir və pələnglər də var.
Mənbə:> ANSPRESS