Abramyanın məkrli səfəri
Ermənistanın baş naziri Ovik Abramyanın başçılıq etdiyi nümayəndə heyəti bu gün gürcü həmkarı İrakli Qaribaşvilinin dəvəti ilə Tiflisə rəsmi səfərə gedir.
ANS PRESS-in xəbərinə görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvili ilə görüşlər planlaşdırılır. O.Abramyan həmçinin Tiflisdə erməni kilsəsinə baş çəkəcək və erməni icmasının nümayəndələri ilə görüşəcək.
Ümumiyyətlə, son vaxtlar erməni rəsmilərinin qonşu ölkəyə tez-tez səfər etməsi, iki ölkənin yaxınlaşmasından xəbər versə də, amma bunun arxasında məkrli siyasət durur. Ermənistan ölkədaxili problemlərin həllində Gürcüstandan ümid bəsləyir. Lakin bu ölkənin özünün hazırki vəziyyətinin qənaətbəxş olduğunu söyləmək asan deyil. Həm siyasi, həm də iqtisadi çətinlik Gürcüstan üçün ciddi problemlər yaradır. Ermənilər isə öz hayındadırlar...
Mənbə:> ANSPRESS