Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto, Foto

Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər – FOTO (YENİLƏNİB)

Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər


Ötən gecə Ələt-Astara yolunda baş vermiş avtomobil qəzasında iki gənc həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb.

Oxu.Az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, qəza saat 00:30 radələrində Ələt-Astara avtomobil yolunun 38-ci km-də, Salyan rayonunun Xalac kəndi ərazisində baş verib.

Bakı şəhər sakini, 39 yaşlı Rəhman Çoban oğlu İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla Salyan rayonu Şəkərli kənd sakini, 19 yaşlı Mirteyyub Elxan oğlu Əhmədovun idarə etdiyi "Mercedes" markalı maşın toqquşub. Nəticədə Mirteyyub Əhmədov və sərnişini - 19 yaşlı Təbriz Vüqar oğlu Heydərov yerindəcə həlak olublar.

Digər avtomaşının sürücüsü Rəhman İsmayılov və sərnişinləri - Bakı şəhər sakini Firuz Bilal oğlu Qələmzadə və Şəki sakini Sadıqov Zaur Muxtar oğlu aldıqları xəsarətlər nəticəsində Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır.

Şəkərli kənd sakinlərinin verdikləri məlumata görə, 19 yaşlı Mirteyyub Əhmədov atasının xəbəri olmadan onun avtomaşınını qaçırıb. Həmyaşıdı 19 yaşlı Təbrizi də özü ilə götürüb.

Digər "Mercedes"də olan üç nəfər isə keçmiş tələbə yoldaşı olublar. Dostlar BDU-da onlarla birgə oxumuş Xələc kənd sakini olan dostlarıgildən qayıdırmış.

Faktla bağlı yol polisi idarəsi tərəfindən araşdırma aparılır.

09:30

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 38-ci kilometrliyində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilərin birinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 01:19-da başa çatıb.

Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər
Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər
Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər
Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər
Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər
Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər
Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *